Ana həbsdə olan oğluna telefon keçirməyə cəhd edib

08.12.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью