Ana iki azyaşlı övladını öldürüb: Birini yaralayıb

10.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ankarada qadın iki azyaşlı övladının biləyini kəsərək öldürüb, birinə isə ağır xəsarət yetirib.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, ölən uşaqların 10 və 7, xəsarət alanın isə 12 yaşı olub.

Şəhərin Keçiören rayonunda baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən qadın saxlanılıb, araşdırma aparılır.

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью