Ana itkin düşən oğluna görə fəryad etdi

21.08.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quba rayon sakini 35 yaşlı İsgəndər Məmmədov avqustun 11-də İsnovqışlaq kəndində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Ailəsi və kənd sakinləri onu axtarsa da, hələ gəncdən xəbər yoxdur.

Anası Lalə Məmmədova bildirib ki, son günlər İsgəndər özünü yaxşı hiss etməyib:

"10 gün idi ki, dərmanlarını atmırdı və əsəbləri gərgin idi. Sonuncu dəfə Vəlvələ çayının kənarında görüblər, yaxınlaşanda isə qaçıb gedib. Telefonunu evdə qoyub, yanında pulu da olmayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, İsgəndər Məmmədov barəsində Quba Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub və polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri tədbirlər görülür.

Daha ətraflı Baku TV-nin süjetində:

Ana itkin düşən oğluna görə fəryad etdi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью