Ana oğul kirayə yaşadıqları evi qarət etdilər

08.02.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bakıda evdən oğurluq edilib.

Bakupost.az xəbər verir ki, DİN-dən verilən xəbərə görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məlumata görə, saxlanılan şəxslər ana və oğul olublar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью