Ana oğuldan sonra ata da öldü Toya hazırlaşırdılar... FOTO

24.08.2026

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.

Medicina.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.

Bununla da “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.

Dünən isə Y. Mütəllibovun “Toyota”da olan ailə üzvləri - həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı və oğlu 1999-cu il təvəllüdlü Rəşad Mütəllibov, “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.

Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.

Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 28-i toyu olacaqmış.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью