Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Avstraliyalı model və çimərlik geyimləri dizayneri Sahara Rey vəfat edib.
Axşam.az xəbər verir ki, 34 yaşlı model xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Xatırladaq ki, Saharanın 9 ay əvvəl qız övladı dünyaya gəlib.
Qeyd edək ki, Sahara Rey 2016-cı ildə Havay adalarında keçmiş sevgilisi, müğənni Castin Biberlə birlikdə istirahət edərkən görüntülənməsi ilə mətbuatın diqqət mərkəzinə düşmüşdü.
Model əfsanəvi avstraliyalı sörfçü Toni Reyin qızıdır.
2024-cü ildə Sahara Rey ciddi avtomobil qəzasından sonra qismən iflic olmasına səbəb olan nadir nevroloji xəstəlik - Giyen-Barre sindromu ilə mübarizə apardığını açıqlamışdı.