Ana ona 8 bıçaq vuran oğlunu bağışladı “Keçmiş ərim və qayınatam edib” | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göygöldə anasına 8 bıçaq zərbəsi vuran 17 yaşlı oğlan hakim qarşısına çıxarılıb.
Təqsirləndirilən şəxs cinayəti anasının başqa şəxslə ailə həyatı qurduğuna görə törətdiyini deyib.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Rəvan Bakıda olan anasını Göygölə görüşmək üçün çağırıb və onu parkda bıçaqlayıb.
Rəvan ifadəsində deyib ki, anası onlardan ayrılaraq başqa şəxslə ailə həyatı qurub.
Buna görə ondan acıqlı qalıb və qisas almağı planlaşdırıb. Anasına görüşmək üçün zəng edib.
Anası onun kartına 50 manat göndərərək Bakıya gəlməsini istəyib. Rəvan isə Bakıya gələ bilməyəcəyini deyib.
Anası Rəvanı görmək üçün Göygölə gedib. Parkda görüşən zaman Rəvan bıçağı çıxararaq anasına 8 zərbə vuraraq qaçıb.
Tam oxu
Xəbəri oxu