Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü

07.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçayda bədbəxt hadisə baş verib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

İlkin məlumata görə, ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisənin dəqiq təfərrüatları və körpənin ölüm səbəbi araşdırmadan sonra məlum olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью