Ana, sənin yanında həmişə bahar idi

11.05.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar artist Gülzar Qurbanova bir müddət əvvəl dünyasını dəyişən anası ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa onunla bağlı xatirələrini, darıxmağını yazıb:

"Ana, sən mənim həyatda gördüyüm ən gözəl qadın idin. Mən sənin insanlığını sevmişəm, ruhunu sevmişəm, qayğınıı sevmişəm. Sənin yanında elə bil dünyanın bütün qışı qapının çölündə qalırdı. Sənin yanında fəsillər dəyişmirdi, hər zaman bahar idi. Ana, bu gün sənə gəlmişdim... Güllərlə sənə...  Amma bu güllərdən çox sənə darıxmağımı gətirmişdim. Deyirlər zaman hər şeyi sağaldır. Amma anaya olan həsrəti azaltmır. Sadəcə insan darıxmağı ilə yaşamağı öyrənir. Yaşasaydın bu gün 2 ay 6 gündən sonra 90 yaşını qeyd edəcəkdik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью