Ana son anda xilas edildi, körpə isə öldü

15.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdamda doğuş zamanı körpə ölüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Doğuş üçün əməliyyat otağına aparılan 2004-cü il təvəllüdlü Fatimə Məzahir qızı Yusifova anidən halı pisləşib. O, əməliyyat masasında kliniki ölüm keçirib.

Həkimlərin köməkliyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək son anda mümkün olub, körpə isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью