Ana südü əsasında yeni antibiotik hazırlanıb

15.10.2026

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə alimləri ana südünə daxil olan laktoferrin zülalının əsasında antibiotik hazırlayıblar.

The Guardian xəbər verir ki, alimlər bu zülalın mikrobəleyhinə xüsusiyyətini araşdırıblar. Laktoferrin bakteriyaları, göbələkləri və hətta bəzi virusları məhv etmək xüsusiyyətinə malikdir.
Yeni antibiotiklərin hazırlanması bütün dünyada çox vacib sayılır ki, hal hazırda bir çox mikroblar mövcud olan antibiotiklərə qarşı davamlı olub. Bu o deməkdir ki, bu mikroblara antibiotiklər təsir etmir.
Alimlər laktoferrinin fraqmentini ayırıb ondan yeni antibiotik hazırlayıblar. Bu antibiotik yalnız bakteriyaları məhv edir, sağlam hüceyrələrinə isə təsir etmir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью