Ana südü steril deyil! | Icma.az
Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ənənəvi olaraq analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür.
“The American Journal of Clinical Nutrition” jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu.
İspaniya alimləri tərəfindən aparılan tədqiqatlar ana südündə 700 növdən artıq bakteriyaları aşkar edibdirlər.
Xarici aləmlə təmasda olan bədənin bağırsaq, ağciyər, dəri kimi orqanlarında çox sayda bakteriyalara rast gəlmək olar.
Ana südünün tərkibində bakteriyaların olması bir tərəfdən maraqlı gəlir, digər tərəfdən isə anaları körpəyə zərərli olması kimi düşüncələr süddən imtina etməyə vadar edir.
Son illərin tədqiqatları ana südünün tərkibində sağlam sinantrop, yəni insan bədənində bir başa yaşayan bakteriyaların mövcudluğunu göstərdi.
Onlara uşaq bağırsağında yer alan bütün stafilokoklar, streptokok, süd turşusu bakteriyaları (Lactococcus) və digər bakteriyalar aiddir.
Tam oxu
Xəbəri oxu