Ana südünü azaldan NƏDİR?

05.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Süd verən anaların düzgün qidalanması, kifayət qədər maye qəbul etməsi, vaxtında istirahət etməsi və emosional gərginlikdən uzaq qalması laktasiya prosesinin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, analar vaxtında yatmalı, düzgün və vaxtında qidalanmalı, gündəlik maye tələbatını ödəməlidirlər. Bu amillər həm ananın sağlamlığı, həm də körpənin ana südü ilə qidalanması üçün mühüm əhəmiyyət kəsb edir.

Gərginlik, stress, yuxusuzluq və digər emosional faktorlar südün əmələ gəlməsi və istehsalı prosesinə mənfi təsir göstərə bilər. Bu zaman analarda ‘südüm azalıb’, ‘körpəmə kifayət qədər süd verə bilmirəm’ kimi narahatlıqlar yarana bilər.

"Lakin stress və emosional gərginlik aradan qalxdıqdan, ana kifayət qədər istirahət etdikdən və özünü daha rahat hiss etdikdən sonra laktasiya prosesi yenidən bərpa oluna bilər. Ana bu halda körpəsini yenidən öz südü ilə qidalandıra bilər”, - deyə Aygün Məmmədova əlavə edib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью