Ana TikTok da tanış olduğu kişiyə görə üç övladından imtina etdi

03.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ötən gün övladından imtina edən ana "TikTok" sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyubmuş.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib.

Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib.

Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, böyüyün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью