Ana və 4 uşağı dəm qazından ZƏHƏRLƏNDİ

25.11.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə ana C.G. səhər saatlarında şiddətli baş ağrısı şikayəti ilə 112 Təcili Zəng Mərkəzinə zəng edib.

News24.az xəbər verir ki, hadisə yerinə gedən qruplar ana C.G və uşaqları E.D.G. (10), E.S.G. (7), A.K.G. (4) və D.C.G (3) sobadan sızan karbonmonoksit qazından təsirlənib.

Həkim qrupları ana və uşaqları xəstəxanya aparıblar.

Müalicə altında olan ana və uşaqlarının ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью