Ana və uşaq ölümlərinin azaldılması üçün həkimlərə bonuslar verilə bilər

30.01.2025

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Azərbaycanda ana və uşaq ölümlərinin azaldılması üçün həkimlərə motivasiya üçün bonusların verilməsi nəzərdə tutulur. Bunu İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri İsa Əliyev deyib.
"İlk olaraq pilot layihə kimi Bərdədən başlanılması nəzərdə tutulur. Hamilə qadınların qeydiyyatı, hamilləlik dövrünün sağlam keçirilməsi,doğuşu və ölüm hallarının azaldılması və ağırlaşmasının qarşsını alınması üçün həkimlərə bonusların verilməsi düşünülür", - İsa Əliyev Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə bildirib. 

Gülnar Nazimqızı 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью