Ana Vətən Partiyasının qurultayı başa çatıb.

24.01.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.

Faktı Gununsesi.info-ya partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib.

Qeyd edək ki, Günay Ağamalı bakalavr təhsilini Qərb Universitetində tərcüməçilik-dilşünaslıq ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dillər Universitetində alıb. Onun ilk iş yeri Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Tərcümə Araşdırmalar Mərkəzi olub. Burada əvvəlcə mütəxəssis, daha sonra isə baş mütəxəssis vəzifələrində çalışıb.
Daha sonra Günay Ağamalı Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə təhsil alıb və eyni ixtisas üzrə doktorantura pilləsini də tamamlayıb.

2024-cü il parlament seçkilərində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı namizəd kimi qızının irəli sürüldüyünü açıqlayıb. Günay Ağamalı hazırda VII çağırış Milli Məclisdə Ana Vətən Partiyasını təmsil edən yeganə deputatdır. Qeyd edək ki, o, Ana Vətən Partiyasında daha əvvəl Qadınlar Şurasının sədri seçilib.

Hazırda Günay Ağamalı Azərbaycan–Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Deputat seçilənədək Günay Ağamalı “Buta” körpələr evi-uşaq bağçasının rəhbəri kimi fəaliyyət göstərib. (Modern.az)

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью