Ana yemək yeməyən oğlunu öldürdü

11.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Rusiyanın Nijni Novqorod şəhərində azyaşlı oğlunun ölümünə səbəb olan 42 yaşlı qadın 7 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Hadisə 2026-cı ilin aprelində baş verib. Qadın oğlunun ağlamasına, yeməkdən imtina etməsinə və narahat davranışlarına əsəbiləşərək ona ağır xəsarətlər yetirib. Nəticədə uşaq həyatını itirib.

Məhkəmə müəyyən edib ki, qadın azyaşlı oğlunun özünü müdafiə edə bilmədiyini anlayıb və hərəkətlərinin ölümə səbəb ola biləcəyini əvvəlcədən görüb. Lakin faciənin baş verməyəcəyinə ümid edib.

Təqsirləndirilən qadın günahını qismən etiraf edib.

Məhkəmənin hökmü ilə o, qəsdən sağlamlığa ağır zərər vurma və ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə təqsirli bilinərək ümumi rejimli cəzaçəkmə müəssisəsində 7 il həbs cəzasına məhkum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью