Ana yox, ata kimi fədakar oldum

21.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Ana kimi fədakarlıq etməmişəm, ata kimi fədakarlıq etmişəm. Uşaqlarımın anası anam olub. Onları dayə yanında qoymamışam. Hər şeyi o edib, anam böyüdüb. Mən ancaq iş-güc arxasınca qaçmışam. Onlara atalıq etmişəm. Mənim və anamın nəzarəti olub ki, savadlı, tərbiyəli, sağlam böyüyüblər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Qonaqcanlı” proqramında deyib. Müğənni xaricdə yaşayan övladlarından danışıb. 

N.Ələsgərli hazırda Belçikada yaşayan qızından və nəvəsindən danışıb:

“Nəvəmin 2 yaşı var, məktəbə gedir. Belçikada qayda belədir. Heç sərbəst danışa da bilmir. Anası azərbaycanlı, atası türk, ölkənin dili niderland dilidir. Mənimlə də nənə dilində danışır. Uşaq bilmir hansı dildə danışsın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью