Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
O, forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq qeyd edib:
“Azərbaycan Respublikasının hökumətinə WUF13-ə ev sahibliyi etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Bu həftə ərzində nümayiş etdirilən qonaqpərvərlik, təşkilatçılıq və liderlik forumu həqiqətən qlobal toplantıya çevirdi”.
UN-Habitat rəsmisi forumun şəhərlərin gələcəyi ilə bağlı kollektiv fəaliyyət üçün ən mühüm platformalardan biri olduğunu deyib:
“Bu sessiya bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün əsas qlobal platformadır”.
Anacláudia Rossbach forumun statistik göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb, 2 mindən çox şəxs isə tədbirə onlayn qoşulub.
Forum çərçivəsində:
579 sessiya keçirilib;Urban Expo-da 260 sərgi iştirakçısı və innovasiya nümayəndəsi təmsil olunub;sərgini 74 mindən çox insan ziyarət edib;tədbiri 865 media nümayəndəsi işıqlandırıb.O bildirib ki, iştirakçıların 55 faizini qadınlar və qızlar təşkil edib. Forumda həmçinin 11 dövlət başçısı, 88 nazir, 76 nazir müavini və 130 mer iştirak edib.
UN-Habitatın icraçı direktoru qeyd edib ki, forumun builki “Hamı üçün yaşayış: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hazırkı qlobal çağırışlar fonunda xüsusi aktuallıq daşıyır:
“Biz milyardlarla insana təsir edən qlobal böhranların yaşandığı dövrdə bir araya gəldik. Urbanizasiya təzyiqləri, iqlim dəyişiklikləri, məcburi köçkünlük və mənzil şəraitinin pisləşməsi artıq bütün dünya üçün ciddi çağırışa çevrilib”.
O vurğulayıb ki, mənzil məsələsi artıq yalnız sosial məsələ deyil, şəhərlərin və cəmiyyətlərin gələcəyini müəyyən edən əsas amillərdən biridir.
Leyla Mirzə, Bizimyol.info