Anadangəlmə kar bir vətəndaşın eşitdiyi ilk söz gündəm oldu VİDEO

20.11.2024

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Anadangəlmə kar bir vətəndaşın eşitdiyi ilk söz gündəm oldu - VİDEO

"Qalatasaray"ın mövsümün əvvəlində "Napoli"dən icarə əsasında heyətinə qatdığı Viktor Osimhen qısa müddətdə sarı-qırmızılı azarkeşlərin sevimlisinə çevrilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, gəldiyi gündən ən çox danışılan adlardan biri olan nigeriyalı hücumçu bu dəfə tamam fərqli hadisə ilə gündəmə gəlib.

Anadangəlmə birtərəfli eşitmə qüsuru olan vətəndaş müalicə olunduqdan sonra telefonu götürərək yaxınlarına zəng edib.

Vətəndaşın sağ qulağı ilə eşitdiyi ilk ad Osimhen olub və o, digər şəxsdən ona "Osimhen" deməsini istəyib. "Qalatasaray" tərəfdarı olan şəxsin həmin an göz yaşlarını saxlaya bilməyəcəyi də görülüb.

Anadangəlmə birtərəfli eşitmə qüsuru olan vətəndaşın müalicəsindən sonra çəkilən həmin anlar sosial şəbəkədə paylaşıldıqdan sonra sürətlə yayılıb. Sözügedən video xüsusilə sarı-qırmızılı azarkeşlərə fərqli təsir bağışladı.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью