Anadangəlmə xəstəliyi olan gəncin KONKRET

15.12.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.

KONKRET.az xəbər verir ki, o bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.

Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:

“Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma 88” göndərişi rəsmiləşdirilməyib:

“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni “Forma 88″ sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

Daha ətraflı videomaterialda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью