Anadolunun əməkdaşı Qəzzada öldürüldü ANBAAN GÖRÜNTÜ

10.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyənin “Anadolu Agentliyi”nin ştatdankənar operatoru 25 yaşlı Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.

Lent.az “AA”ya istinadən xəbər verir ki, insident fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.

“Anadolu”nun bildirdiyinə görə, Əbu Nabhanın qəsdən vurulduğu güman edilir.

Fələstinin “WAFA” xəbər agentliyi də jurnalistin ölüm xəbərinə dair məlumat yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью