Analar üçün süd artıran sarıköklü içkilər. Resept

15.11.2024

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Sarıkök bütün digər faydalı xüsusiyyətlərlə yanaşı həmçinin ana südünü artıran vasitə kimi də tanınır və istifadə olunur.

Saglamolun.az sizə südartıran sarıköklü içkinin reseptlərini təqdim edir:

1. Yarım ç.q. sarıkökü 1 stəkan qaynar suda dəmləyin, 1 ç.q. bal əlavə edin, ilıq olanda için. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin.

2. Axşam yatmazdan 1 saat qabaq 1 stəkan isti süddə yarım ç.q. sarıkök və 1 ç.q. bal əridin, 10-15 dəqiə dəmləyin, sonra için.   

Sarıköklə dəmləmələr öd daşı və böyrək daşı xəstəliyi, hamiləlik zamanı içmək olmaz.

Şəkərli diabetdən əziyyət çəkənlər bilməlidir ki, sarıkök qanda şəkərin səviyyəsini aşağı salır.   

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью