Analitik Ekspertiza Mərkəzinin direktoru işdən çıxarıldı

25.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Axşam.az "Teleqraf"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.

Xatırladaq ki, Murad Süleymanov daha əvvəl Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью