Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili haqqında fikirlər səsləndirib.
Kaxa Kaldze bildirib ki, Mixail Saakaşviliyə qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili əfv etsə də, həbsxanadan çıxa bilməyəcək.Maraqlıdır, Mişanın həbsdən çıxması nə qədər realdır?
Saakaşvili həbsdən çıxarsa, yerindən siyasətə qayıdacaq?Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Saakaşvilinin həbsxanadan çıxması real deyil:"Bu baş versə də, o, illərdir ki, siyasətdən uzaqdır.
Digər tərəfdən Gürcüstanda onun tərəfdarları qədər əleyhdarları da çoxdur.
Nəzərə almaq lazımdır ki, Saakaşvili hakimiyyətə göndərilmiş bir şəxsdir.
O,Gürcüstan tarixində 2008-ci il olaylarıyla, dövləti Rusiya ilə müharibəyə sürükləyən bir şəxs kimi yadda qalıb.
Ümumiyyətlə bəzi prezidentlərin xarici, bəzilərinin isə daxili siyasətləri uğurlu olur və tarixdə bu cür lider kimi bilinirlər.