Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Tbilisi üçün əsas kritik zaman kəsiyi qarşıdakı 72 saatdır, ondan sonrakı proseslər "co
İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürü
Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyini təhdid edir. “Zəif bənd” kimi də yenə Gürcüstan seçilib.
Bundan əvvəl belə ssenarini Serbiyada həyata keçirməyə çalışıblar.
Cəhd uğursuz oldu və diqqət yenə də Tbilisiyə yönəldi.Görünən odur ki, yenə də Qərb və onun strukturları üçün xalqın seçimi heç bir rol oynamır.
İnsanlar spontan formada küçələrə çıxarılır, hökumət binalarına, əhalinin sıx toplaşdığı yerlərdə aksiyalara başlanılır.
Məhz hazırkı iqtidarın xarici təsir və təzyiqlərə rəğmən ölkəyə kənar müdaxilələrin edilməsinin qarşısını alması sayəsində bu günə qədər Qərbin Gürcüstan vasitəsilə Rusiyaya ikinci cəbhə açmaq istəyi reallaşmayıb.
Buna görədir ki, qarşıdakı günlərdə baş tutacaq prezident seçkilərini bir fürsət kimi dəyərləndirən Qərb Gürcüstana da Ukraynanın aqibətini təkrarlatmaq üçün bütün təsir mexanizmlərini işə salıb, hətta ölkəyə təzyiqlər, sanksiyalar tətbiq etməyə başlayıb.Ümumiyyətlə, Cənubi Qafqazı təsir dairəsinə salmaq Qərbin çoxdankı istəyidir.