Analitik: Sülh müqaviləsinin reallaşmasına stabil zəmin hazırlanıb | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.
Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Qeyd edilib ki, Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.Siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycan və Ermənistan arasında cari ildə lazımi irəliləyişlər baş verib:“Suverenliyik, ərazi bütövlüyü prinsipləri əsasında müxtəlif nöqtələrdə irəliləyiş müşahidə olundu.
Sülh müqaviləsinin reallaşmasına stabil zəmin hazırlandığını hesab edirəm.
Amma tam düşünülüb ölçülüb biçilərək tələsmədən bu işlərin görülməsi zəruridir.
Ermənistan və Azərbaycanla yanaşı, ümumi regionda sülhün davamlı və etibarlı olmağı üçün müxtəlif görüşlər, danışıqlar aparılıb və kifayət qədər irəliləyişə nail olunub.
Hər iki dövlət arasında uzun müddət davam edən keçmiş münaqişə və kənar xarici maraqların müdaxiləsi zəminində pozulan münasibətləri çox qısa zamanda bərpa etmək də o qədər asan deyil.
Tam oxu
Xəbəri oxu