Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qardaşım Nəzərov Qəhrəman 1973-cü il mayın 6-da Bakı şəhərində anadan olub.
1993-cü ilin aprelində Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə yollanıb.
O zaman torpaqlarımızın 20 faizi mənfur düşmən tapdağı altında idi. Vətən darda idi.
Qusar rayonunda hərbi xidmət keçərkən xüsusi təyinatlılara yazılıb.
Həmin iin oktyabrında təlim keçmək üçün Bakıya, Şubandağındakı hərbi hissəyə gətirilib.
1994-cü ilin yanvarın 24-də Bakıdan Ağdərəyə yollanıb. Füzuli, Tərtər bölgəsindəki döyüşlərdə iştirak edib.
Yanvarın 29-da gecə Tərtər rayonunun Gödəkburun yüksəkliyi uğrunda döyüşə girmiş, 1 yüksəkliyi alıblar.