“Anam atamın əlini ayağını öpdü ki, ayıl” FOTO

03.12.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xalq artisti Röya Ayxan bu ilin avqustunda itirdiyi Yaqub Nəcəfovla bağlı danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "İncə səhər"də açıqlama verib. O, süni intellektlə canlandırılan uşaqlıq illərindən gələn sualları cavablandırarkən bunları söyləyib:

"Atam bir müddət çox əziyyət çəkdi. Aparata qoşulmuşdu, dedilər ki, kimdənsə halallıq gözləyir. Anam gəldi atamın əlini sıxdı, orada bir şey baş verdi, qaçdım həkimləri çağırdım ki, oyandı. Dedilər, oyanmadı, sadəcə o onu gözləyirdi ki, illərlə incitdiyi qadın halallıq versin. O sevgini gördüm. Anam əlini-ayağını öpdü ki, ayıl, yenidən sənlə birgə yaşayaram, amma məni sevgisiz qoyub getmə". (olay)

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью