‘’Anam ermənidir, amma mən türkəm’’ dedi’’ Cem Karacanın Azərbaycan həsrəti | Icma.az
Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
‘’Anam ermənidir, amma mən türkəm’’ dedi’’ - Cem Karacanın Azərbaycan həsrəti OLAY tanınmış jurnalist İbrahim Nəbioğlunun əfsanəvi müğənni Cem Karaca ilə bağlı xatirələrinin yer aldığı köşə yazısını təqdim edir: Anası erməni idi, atası isə əslən Azərbaycandan.
Siyasi tabularını yıxaraq ‘’Karabağ’’ mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, ‘’Anası erməni olan bir adamın sə
Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi… AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı.
Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim.
1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm. Çəkilişə yenicə başlamışdıq ki, katibəsi içəri girib təcili zəng var dedi.
Təbəssümlə telefona cavab verib, ‘’Doğrudur, yanımdadırlar’’ dedi.Hayrettin bəyin köhnə dostu imiş, maşınla BOTAŞ-ın önündən keçərkən məni və operatorumu, kameramızın üzərindəki Azərbaycan bayrağı ilə mikrofondakı ‘’AzTV’’ loqosunu görüb dostuna zəng eləyir ki, məni onlarla görüşdür…***Türkiyədə rok musiqisinin qurucusu, məşhur müğənni, kino və teatr aktyoru Cem Karaca 1945-ci ildə İstanbulda sənətçi ailəsində doğulub.
Atası tanınmış teatr aktyoru Mehmet Karaca, anası isə məşhur opera və teatr sənətçisi Toto Karaca (əsil adı İrma Fələkyan) idi.
Tam oxu
Xəbəri oxu