Anam içkili deyildi FOTOLAR

30.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Arabesk musiqisinin sevilən ifaçısı Güllü’nün vəfatından sonra ortaya atılan iddialar böyük səs-küy yaradıb. Onun oğlu Tuğberk Yağız Gülter, həbsdə olan bacısı Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok-un annəsi haqqında “Əlaqəsiz idi”, “Alkoqolikdi” və “Mələklər kimi göstərməyək” sözlərinə sərt reaksiya verib.
Demokrat.az
xəbər verir ki, Tuğberk Yağız sosial mediada paylaşdığı açıqlamada anasının övladları üçün göstərdiyi fədakarlıqlara diqqət çəkərək, bu iddiaları qəti şəkildə rədd edib:
“Anam ömrünü bizim üçün həsr etdi, minlərlə insana yardım etdi. Onu əlaqəsiz və ya alkoqolik göstərmək qəbuledilməzdir. Bu cür sözlər sadəcə yalandır və hörmətsizlikdir” – deyə bildirib.
O həmçinin alkoqol mövzusuna da toxunaraq, “Anam içsə belə, hər zaman ətrafındakı insanlara qayğı göstərdi, süfrələr açdı və evini, işini qaydaya saldı. Bu şəxsi məsələləri ictimaiyyətə çıxarmaq doğru deyil” ifadələrini əlavə edib.
Qeyd edək ki, Güllü Yalovadakı evinin pəncərəsindən yıxılaraq vəfat etmiş, qızı Tuğyan Ülkem Gülter isə qəsdən öldürmə ittihamı ilə həbs olunub.
Читать полностью