Anam məni daş doğmadı Günün şeiri

22.07.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün tanınmış şair Akif Səmədin doğum günüdür.

Kulis.az bu münasibətlə şairin "Adəmdən Akif Səmədə" şeirini təqdim edir.

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə “Dilbərim” xalq mahnısı əsasında musiqili təqdimat hazırlandı Rəşad Məcid: "Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə..."
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью