Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkir rayonunda 21 yaşlı oğlan anasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. 2005-ci il təvəllüdlü Turan yaşadıqları evdə anası Zəminə ilə mübahisə edib.
Aralarında baş vermiş mübahisə zamanı o, dəmir sini ilə anasının sifət nahiyyəsindən vuraraq ona xəsarətlər yetirib.
Turan ifadəsində göstərib ki, məlum hadisə günü saat 20 radələrində evlərində olarkən anası ilə mübahisələri olub: “Mübahisəyə səbəb anamın ölmüş anası barədə nalayiq ifadə işlətməyim oldu. Buna görə aramızda mübahisə yarandı. Mən də əsəbləşərək stolun üstündəki dəmir sini ilə onun sifət nahiyəsinə vurdum. Hazırda əməlimdən peşmanam. Anam ilə barışmaq istəyirəm”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 240 saat ictimai işlər cəzası alıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. 2005-ci il təvəllüdlü Turan yaşadıqları evdə anası Zəminə ilə mübahisə edib.