Anam xəstə olanda atam başqası ilə evləndi

14.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

"Anam xəstə oldu, bu zaman atam getdi və başqası ilə ailə qurdu. Ögey bacım, qardaşım var. Atam vəfat edəndən sonra istədim onu yanıma gətirib və təhsil verim. Amma anaları qoymadı".

Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Həftənin qonağı" verilişində deyib. Müğənni valideynlərinin ayrılmasından və ögey bacı-qardaşından danışıb:

"Anam atamı çox sevirdi. Həmin ərəfədə nişanlı idim, ona təəccüblü gəlirdi. Deyirdi, nə ola bilər ki, 45 yaşında insan 5 uşaqla niyə boşanır? İndi də bacımla, qardaşımla əlaqəm var. Təəssüf ki, təhsil almadılar. Amma ehtiyacları olanda deyirlər, əlimi uzadıram".//Axşam.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью