“Anam yeməklərə görə Azərbaycanda çox qala bilmir” adını və dinini dəyişən çinli qız Zeynə…
Moderator.az saytına istinadən Icma.az xəbər verir. “Artıq uzun illərdir ki, Azərbaycanda yaşayıram.
2005-ci ildə Azərbaycandan Londona gedib, orada təhsil almaq istəyirdim.
Bu təhsil mənə nəsib olmasa da, ölkənizdə qalıb oxumağa davam etdim. Həyatımı sıfırdan qurmuşam. Yıxılmışam, sonra yenidən ayağa qalxmışam.
Öz ayaqlarım üstündə tək-tənha, kimsəsiz bir yerdə yaşamağın çətinliyini yəqin ki, hər kəs duyur. Bu mənə qismət olub.
Məqsədim də özüm üçün bir iş qurmaq idi. Artıq biznesimi qurmuşam, kiçik işlə məşğulam.
2006-cı ildə mən islam dinini qəbul edib, müsəlman oldum. Lu adını Zeynəblə dəyişdirdim. Adımı da mən "Quran"dan seçmişəm.
Quranı oxuyuram, məscidə gedəndən-gedənə namaz qılıram. Əslində dinlərin heç birinin fərqi yoxdur. Hər bir dində insana düzgünlük öyrədilir.
Bizim aldığımız təhsil belədir. Hər din insana yaxşı adam ol deyir. Zatən məktəbdə də bizə bunu aşılayırlar”.
Tam oxu
Xəbəri oxu