Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Əməkdar artist Nigar Şabanova anasının xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
Axşam.az xəbər verir ki, muğam ifaçısı “Sevilən səhər” proqramına telefonla bağlanan anası Akifə xanımın səsini eşidəndə kövrəlib.
Akifə xanım qızı haqqında “O, mənim qızım olmaqla yanaşı, rəfiqəm, bacım, anamdır” sözlərini deyib.
Anasının səhhətindən danışan Nigar koronavirus pandemiyası dövründə onun ağır xəstə olduğunu xatırlayıb:
“Anam koronavirus ərəfəsində ağır xəstə oldu. Onda hamı xəstəxanada idi, mən isə tək qalmışdım. Dua etdim ki, anam yeriməsin, danışmasın, təki nəfəsi gedib-gəlsin. İndi anam yeriyə bilmir. Mənə deyir ki, sən elə dua etdin, indi gəzə bilmirəm. Cavab verirəm ki, ona da ümid yox idi, amma sənin nəfəsinin gəlib-getməsi böyük şeydir. Həyatımı anama və atama qurban etmişəm".