ANAMA auditor seçib, xidmət xərclərini kəskin azaldıb

06.06.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Missiya.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC-dir.

ANAMA-nın maliyyə hesabatlarının yoxlanılması üçün qalib şirkətə 14,1 minmanat ödəniləcək.

Ötən il bu xidmətləri agentliyə "Baker Tilly Audit Azərbaycan" QSC göstərib. Bunun üçün şirkətə 29,5 min manat ödənilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью