ANAMA: Bu il Qarabağda 6500dən çox mina zərərsizləşdirilib

29.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə il ərzində 2372 tank əleyhinə mina, 4286 piyada əleyhinə mina, 59 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 62.023 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью