ANAMA da Çinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

17.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüş keçirib. 

XQ xəbər verir ki, görüş zamanı humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasında bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Çin Xalq Respublikasına Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə və texniki dəstəyə görə təşəkkürünü bildirib. 

Səfir Çinin Azərbaycana bu sahədə göstərdiyi dəstəyin ölkələrimiz arasında humanitar əməkdaşlığın və həmrəyliyin mühüm göstəricisi olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью