ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı Hökm oxundu | Icma.az
Icma.az, Qafqazinfo saytına istinadən bildirir. Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsind
Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib.
S.Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.
Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
Tam oxu
Xəbəri oxu