ANAMA əməkdaşları Füzuli rayonunda yol qəzasına düşüb

09.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır.
Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью