ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşüb

09.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol qəzası baş verib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verilib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır.
Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью