Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) “Ocaq” Humanitar İctimai Birliyi ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, birlik ANAMA-nın mina işarələri, dəmir bayraqcıqlar, lövhələr, maşalar və anbarlar üçün dəmir vitrinlərin satın alınması ilə bağlı keçirdiyi müsabiqənin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 73 023 manatdır.
ANAMA bu məbləğə aşağıdakı malları satın almağı planlaşdırır:
* Şəkil lövhəsi – 50 ədəd
* Mina təhlükə işarəsi – 3 845 ədəd
* Maşa – 238 ədəd
* Dəmir bayraqcıq (qırmızı) – 1 890 ədəd
* Dəmir bayraqcıq (göy) – 2 033 ədəd
* Dəmir bayraqcıq (sarı) – 818 ədəd
* Dəmir bayraqcıq (yaşıl) – 1 569 ədəd
* Lövhə (sahə üçün) – 1 136 ədəd
* Dəmir paya – 60 ədəd
* Dəmir bayraqcıq (qırmızı, 4×4 sm) – 200 ədəd
* Dəmir vitrin – 30 ədəd
* Dəmir üçbucaq siqnal nişanı – 1 000 ədəd.
“Ocaq” Humanitar İctimai Birliyi haqqında açıq mənbələrdə məlumatlar məhduddur. Media resurslarında yayılan məlumatlardan aydın olur ki, ANAMA ilə “Ocaq” Humanitar İctimai Birliyi arasında əməkdaşlıq uzun müddətdir davam edir.
Məsələn, birlik ANAMA-nın sifarişi ilə “Minadan zərərçəkənlərin Gəncə Regional Resurs Mərkəzində peşə təlimi yolu ilə cəmiyyətə inteqrasiyası” layihəsinin icrasında iştirak edib.
Biznes kataloqlarında yerləşdirilən məlumatlara əsasən, “Ocaq” Humanitar İctimai Birliyi Gəncədə fəaliyyət göstərir.
Təşkilatın “Facebook” səhifəsindəki paylaşımlardan isə birliyin əsasən tədbir və təlimlər üzrə ixtisaslaşdığı aydın olur. Yeri gəlmişkən, səhifə iki il əvvəl yenilənib. Sonuncu paylaşım 2024-cü ildə edilib.
Seyid