Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) “Universal-RA” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, ANAMA şirkətdən itlər üçün aksesuarlar almağı planlaşdırır. Buna görə “Universal-RA” MMC-yə 46 215,88 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Universal RA” MMC 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 6, mənzil 174-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında əlavə məlumatlar yoxdur.
Seyid