ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12.12.2024

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət edib.SİA-nın məlumatına görə, ANAMA-dan bildirilib ki, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.Ziyarətçilər daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью