ANAMA minaya düşən şəxslər barədə məlumat açıqlayıb

03.08.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbi ilə xəsarət alan 2 nəfər (kişi) bu gün saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA-dan bildirilib ki, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Agentliyindən bildirilib ki, bir gün əvvəl humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş - 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə olunublar, vəziyyətləri qənaətbəxşdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью