ANAMA nın əməkdaşı yol qəzasında öldü FOTO

31.08.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü həyatını itirib.

Qəzada ölən 27 yaşlı Sahil Quliyev Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью