ANAMA nın vəzifəli şəxsi vəzifədən azad olunub Səbəb

13.05.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib.

Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью