ANAMA: Ötən həftə 103 mina və 524 partlamamış hərbi sursat zərərsizləşdirilib

30.06.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 23-29 iyun tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 85, tank əleyhinə 18 mina və 524 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1350.8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью